Haqqımızda

Biz kimik?

Biz kimik?

Bizim hekayəmiz 1928-ci ildə İçərişəhərin dar küçələrində, Ağa babanın böyük zəhmət və sevgi ilə başlatdığı ənənə ilə başlayır. Bu gün biz həmin ənənəni qoruyaraq, onu müasir texnologiyalarla birləşdirərək inkişaf etdirməyə davam edirik.
Artıq fəaliyyətimizi yeni nəsil qovurma aparatları ilə davam etdirir, məhsullarımızı hər kəs üçün daha əlçatan edirik. Hazırda Bravo, Araz, Tam Store, Mega Store, Bazar Store və Rahat Market şəbəkələrinin seçilmiş filiallarında 40 ədəd qovurma aparatımız fəaliyyət göstərir. Bu aparatlarda 6 növ məhsul — günəbaxan tumu, boranı tumu, badam, yerfıstığı, fındıq və kəşu — yüksək keyfiyyət standartlarına uyğun şəkildə qovrularaq müştərilərə isti, təzə və gigiyenik formada təqdim olunur.
Məqsədimiz yüz illik dad ənənəsini bu günün sürətli həyat ritminə uyğunlaşdırmaq, müştərilərimizə həm keyfiyyət, həm də rahatlıq təmin etməkdir. Hər bir dənənin içində həm 1928-in ruhu, həm də müasir texnologiyanın dəqiqliyi var.
Ağa babanın mirası ilə bu günün innovasiyasını birləşdirərək — təzəliyi, dadı və keyfiyyəti sizə daşıyırıq.

Missiya

Bizim missiyamız, insanlara sağlam, ləzzətli və yüksək keyfiyyətli quru ləzzətləri təqdim etməklə onların gündəlik qidalanmasını zənginləşdirməkdir. Məhsullarımızın hər biri təmiz, təbii və keyfiyyətli qaynaqlardan seçilir, müştərilərimizə həm sağlamlıq, həm də dad təmin edirik.


Vizyon

Vizyonumuz, Azərbaycanda və regionda quru ləzzətlər və çərəz sahəsində lider brend olmaq, hər evdə sağlam və dadlı snack mədəniyyətini formalaşdırmaqdır. Biz davamlı yenilik, mükəmməl xidmət və keyfiyyət prinsiplərimizlə insanların qidalanma seçimlərini daha sağlam və ləzzətli etmək istəyirik.

Məhsullarımıza Nəzər yetir

Çərəzlərimiz

Hər bir çərəzimiz sizin zövqünüz və ehtiyacınız nəzərə alınaraq hazırlanır. Keyfiyyətə, dadın davamlılığına və etibara önəm veririk. Məqsədimiz sadədir — uzunmüddətli əlaqələr qurmaq və həmişə yaxşı çərəz təqdim etmək.

BEST WP THEME

All Demos Included

All Demos Included with this amazing WordPress Theme you will have everything you need to create a memorable and enchanting online presence. Start create your dream site today.

Bizim hekayəmiz 1928-ci ildə İçərişəhərin dar küçələrində, Ağa babanın böyük zəhmət və sevgi ilə başlatdığı ənənə ilə başlayır. Bu gün biz həmin ənənəni qoruyaraq, onu müasir texnologiyalarla birləşdirərək inkişaf etdirməyə davam edirik.

Ünvan:

Əlaqə: